Bir nəfər öldü biri isə yaralandı Bir nəfər öldü biri isə yaralandı

Dağıstanda polis maşınına hücum

Bir nəfər öldü biri isə yaralandı



Bu gün Dağısantanda polis maşınına hücum edilib. AzNews.az-ın en.rian.ru saytına istinadən verdiyi xəbərə görə, Xasavyurt rayonunda silahlı şəxslər polis maşınını atəşə tutublar. Nəticədə bir polis əməkdaşı aldığı güllə yarasından hadisə yerindəcə keçinib, digəri isə yaralanıb.

Dağıstan Daxili İşlər nazirliyindən verilən məlumata görə, hazırda silahlıların axtarışı istiqamətində tədbirlər görülür.

Qeyd edək ki, son zamanlar Şimali Qafqazda polis əməkdaşları tez-tez silahlı hücumlara məruz qalırlar.

Sadiq
AzNews.az