"Biz qonşular Xəzəryanı dövlətlərin maraqları çərçivəsində Xəzərin sülh və sabitlik ərazisi olmasında maraqlıyıq". "Biz qonşular Xəzəryanı dövlətlərin maraqları çərçivəsində Xəzərin sülh və sabitlik ərazisi olmasında maraqlıyıq".

“Xəzərin statusu ilə bağlı irəliləyiş əldə olunub“- Sergey Lavrov

"Biz qonşular Xəzəryanı dövlətlərin maraqları çərçivəsində Xəzərin sülh və sabitlik ərazisi olmasında maraqlıyıq".



APA - nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə birlikdə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, iranlı həmkarı ilə görüşdə Xəzərin hüquqi statusu ilə bağlı məsələ də müzakirə olunub: "Həştərxanda keçiriləcək IV Xəzər sammitinə hazırlıq barədə danışdıq. Sammitə hazırlıq çox yüksək səviyyədə gedir. Dünən Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzərin hüquqi statusuna dair xüsusi işçi qrupunun 38-ci iclasında sammitin yekun sənədlərinin razılaşdırılması istiqamətində əhəmiyyətli irəliləyiş əldə olunub".

AzNews.az