Erməni hərbçi öldürüldü

Dünən gecə Naxçıvanla sərhəddə həlak olmuş erməni hərbi qulluqçusu Vladimir Ayrapetyan başqa hərbi qulluqçu tərəfindən atılmış atəş nəticəsində həlak olub.

ANS PRESS-in məlumatına görə, bu haqda Ermənistan Müdafiə Nazirliyinə yaxın mənbələr bildirib.

Daha əvvəl yayılmış Müdafiə Nazirliyinin xəbərinə əsasən, fakt üzrə 365-ci maddə (döyüş növbəsinin və ya döyüş xidmətinin aparılması zamanı qaydaların pozulması) ilə cinayət işi açılıb.

Hazırda istintaq aparılır.

AzNews.az