Sergey Şoyqunun olduğu hərbi təyyarənin ölkə üzərindən uçuşuna qadağanın səbəbini açıqlayıb

Polşa göyərtəsində Rusiyanın müdafiə naziri Sergey Şoyqunun olduğu hərbi təyyarənin ölkə üzərindən uçuşuna qadağanın səbəbini açıqlayıb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, Polşa Silahlı Qüvvələrin komandanlığının mətbuat katibi Pyotr Valatek bildririb ki, Sergey Şoyqunun olduğu təyyarə mülki təyyarə kimi təqdim olunub, hərbi təyyarənin uçuşuna dair müraciət isə azı 3 gün əvvəl təqdim olunmalıdır.

"Rusiyanın müdafiə nazirinin təyyarəsinin Polşa üzərindən uçuşuna qadağaya səbəb səhv razılaşdırılma olub: hərbi təyyarə mülki təyyarə kimi təqdim olunub", deyə Valatek qeyd edib.

Polşanın "Rar" agentliyinin məlumatına görə, Valatek həmçinin əlavə edib ki, təyyarənin uçuşuna qadağaya səbəb pilotun səhvi olub. Onun sözlərinə görə, hərbi təyyarənin uçuşu ilə bağlı müraciət azı 3 gün əvvəl təqdim olunmalıdır.

"Hazırda Rusiyanın müdafiə nazirinin təyyarəsinin statusu "hərbi"dən "mülki"yə dəyişdirilib. Təyyarə artıq Polşa üzərindən uça bilər. Hərbi qurumla hər-hansı əlavə razılaşdırılmaya ehtiyac yoxdur", deyə Valatek bildirib.

AzNews.az