İranın Kanadadakı səfirliyinin əməkdaşları Tehrana qayıdıb

İranın Ottavada yerləşən səfirliyinin işçiləri bu gün Tehrana qayıdıb. Səfirliyin işlər müdiri Kambiz Şeyxhəsəni İran Televiziyasına verdiyi müsahibədə Kanada dövlərinin onları ölkədən çıxarmasını tənqid edib: "Kanada da olan indiki hakimiyyət sionizmin əlaltısıdır və İsrai lobbisinin tapışırığı ilə iranlı diplomatları ölkədən ixrac ediblər".

İranın Xarici İşlər Nazirliyi də bəyanat yayaraq Kanadada yaşayan azlıqların haqlarının tapdalanması məsələsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib. Qeyd edək ki, Kanada dövləti İranı nüvə silahına yiyələnməyə cəhddə, insan haqlarını kobud şəkildə pozmaqda və söz azadlığı məhdudlaşdırmaqda ittiham edir.

Kanadada 400 min İran vətəndaşı yaşayır. Onların əksəriyyəti Kanada vətəndaşlığını qəbul edən siyası mühacirlərdir.

Alpər
AzNews.az