09:36
(077) 610-22-33

“Bütün dünyaya və Avropaya təhlükə yaranıb“

  • >
993 30 Avqust 2014 16:46 | Region

"Ukrayna ərazisində minlərlə "xarici" əsgər və yüzlərlə tank var".

ANS PRESS-in məlumatına görə, bu haqda Ukrayna prezidenti Petro Poroşenko Brüsseldə mətbuat konfransında bildirib.

"Hal-hazırda Ukrayna xarici hərbi təcavüzün və terrorun obyektidir. Vəziyyət avqustun 27-də pisləşdi, minlərlə xarici əsgər və yüzlərlə xarici tank hal-hazırda Ukrayna ərazisindədir. Bu yalnız Ukraynaya deyil, bütün dünya və Avropaya təhlükədir", - deyə Brüsseldə keçirilən mətbuat konfransında Poroşenko bildirib.

Poroşenko əlavə edib ki, Ukrayna hökuməti anlayır ki, bu münaqişə hərbi yolla həll edilə bilməz.

Brüsseldə mətbuat konfransı zamanı Avropa Komissiyasının başçısı Joze Manuel Barrozu bildirib ki, Ukraynanın şərqində yeni cəbhələrin açılışı və münaqişədə Rusiya əsgərlərinin iştirakı qəbuledilməzdir.

Onun sözlərinə görə, əgər qarşıdurma daha da güclənəcəksə, tərəflər bir-birinə güzəşt etməyəcək.

AzNews.az
Bağla X