Ermənilər Moskvada yenidən hay-küy salacaqlar

Sabah Rusiya erməniləri Səfərovun ekstradiyasına qarşı aksiya keçirəcəklər. AzNews.az-ın armenpress.am saytına istinadən verdiyi xəbərə görə, Moskvanın mərkəzi meydanlarından birində keçiriləcək aksiya Rusiya Erməniləri Birliyi tərəfindən təşkil olunacaq.

Verilən məlumata görə aksiyada, Rusiya Dövlət Dumasının deputatları, siyasi və ictimai nüfuza malik olan şəxslər və qeyri hökumət təşkilatlarının təmsilçiləri iştirak edəcəklər.
Xatırladaq ki, sentyabrın 7-də Rusiyadakı Macarıstan səfirliyi qarşısında yürüş keçirmişdilər.

Sadiq
AzNews.az