Erməni XİN rəhbəri Dimitris Xristofiasa Ramil Səfərovun ekstradisiyasından gileylənib Erməni XİN rəhbəri Dimitris Xristofiasa Ramil Səfərovun ekstradisiyasından gileylənib

Nalbandyan Kipr prezidenti ilə Qarabağı müzakirə etdi

Erməni XİN rəhbəri Dimitris Xristofiasa Ramil Səfərovun ekstradisiyasından gileylənib



Yunan Kiprində səfərdə olan Ermənistan Xarici İşlər naziri Edvard Nalbandyan prezident Dimitris Xristofiasla görüşüb. AzNews.az-ın newsarmenia.ru saytına istinadən verdiyi xəbərə görə, tərəflər Qarabağ və Kipr problemlərini müzakirə ediblər.

Xristofias erməni XİN rəhbərini Kipr problemi ilə bağlı məlumatlandırıb və tərəflər son danışıqlar barədə fikir mübadiləsi aparıblar. Nalbandyan Kipr probleminin həll olunmamasına görə, Türkiyəni ittiham etməkdən də çəkinməyib.

O, həmçinin Serj Sarkisyanla Dimitris Xristofias arasında, 2011-ci ildə imzalanmış Qarabağ və Kipr münaqişəsinin həllində qarşılıqlı dəstək memorandumunu yüksək qiymətləndirib. Erməni XİN rəhbəri Dimitris Xristofiasa Ramil Səfərovun ekstradisiyasından gileylənməyi də unutmayıb.

Sadiq
AzNews.az