Şirkət Ayvazyanı məsuliyyətə cəlb etmək üçün məsələyə hüquqşünasları cəlb edi Şirkət Ayvazyanı məsuliyyətə cəlb etmək üçün məsələyə hüquqşünasları cəlb edi

Deputat 37 milyon dollar cərimələndi

Şirkət Ayvazyanı məsuliyyətə cəlb etmək üçün məsələyə hüquqşünasları cəlb edi



Ermənistanın hakim Reşpublikaçılar Partiyasının parlamentdəki təmsilçisi, keçmiş ekologiya naziri Vardan Ayvazyan "Qlobal Qold Mayninq" şirkətinə 37,5 milyon dollar ödəməlidir. Bu barədə artıq Nyu-York məhkəmə qərarlarının icrası idarəsinə sənəd daxil olub.

Neqt.am yaydığı məlumata görə, iş materiallarına əsasən, 2006-ci ildə "Qlobal Qold Mayninq" şirkətinin qollarından biri Ermənistanda fəaliyyətlə bağlı lisenziya alıb. Ancaq bu zaman keçmiş nazirin əsassız tələbləri ilə üzləşib. Şirkət bu barədə Ermənistan və ABŞ tərəfini məlumatlandırsa da, nəticə olaraq Ermənistandakı iş fəllaiyyətindən məhrum olub.

Şirkət Ayvazyanı məsuliyyətə cəlb etmək üçün məsələyə hüquqşünasları cəlb edib. 2006-cı ildə şirkət Arbitraj Məhkəməsinə müraciət edib. Məhkəmə şirkətin xeyrinə Ayvazyandan 27 milyon dollar, cərimə olaraq isə 10 milyon dollar tutulması barədə qərar verib.

E.Əlosmanqızı
AzNews.az