Ermənilər hərbi təlimlərdə raketləri də sınaqdan çıxaracaq

Ermənistanda keçirilən "Əməkdaşlıq – 2012" təlimlərində Havadan Müdafiə Sistemləri qoşulacaq. AzNews.az-ın newsarmenia.ru saytına istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı birgə qərargahın rəisi general-mayor Anatoli Yakovlev verib.

Onun sözlərinə görə, havadan müdafiə sistemlərini digər hərbi texnikalarla birlikdə sınaqdan keçirəcəklər. Yakovlev həmçinin bildirib ki, təlimlərdə 2000 hərbiçi, 500-dən artıq texnika iştirak edir. Bundan əlavə, pilotsuz kəşfiyyat təyyarələrinin də təlimlərdə sınaqdan keçiriləcəyi deyilir.

Xatırladaq ki, təlimlərə şənbə günü start verilib və Kollektiv Təhlükəsizlik Şurasına üzv ölkələrin zabit və əsgər heyəti iştirak edir.

Sadiq
AzNews.az