Rusiyanın Primorsk vilayətində azərbaycanlı bağça müəlliməsinin yeniyetmə qızı evlərindən böyük məbləğdə pul və qızıl-zinət əşyalarını götürərək naməlum falçıya verib. Rusiyanın Primorsk vilayətində azərbaycanlı bağça müəlliməsinin yeniyetmə qızı evlərindən böyük məbləğdə pul və qızıl-zinət əşyalarını götürərək naməlum falçıya verib.

Azərbaycanlı qız evdən 1,5 milyon oğurlayıb qaraçıya verdi

Rusiyanın Primorsk vilayətində azərbaycanlı bağça müəlliməsinin yeniyetmə qızı evlərindən böyük məbləğdə pul və qızıl-zinət əşyalarını götürərək naməlum falçıya verib.



Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, yerli uşaq bağçalarından birinin tərbiyəçisi, 39 yaşlı azərbaycanlı qadın polisə şikayət edərək evindən 1 milyon 500 min rublluq pul və qızılın - 1 milyon 50 min rubl, 3200 ABŞ dolları və 17 qızıl-zinət əşyasının yoxa çıxdığı haqda məlumat verib.

Xəbərdə bildirilir ki, qadın evlidir və iki qız anasıdır, onlardan kiçiyinin 6, böyüyünün 15 yaşı var. Ailə Sestroretsk küçəsində kommunal binada yaşayır. Araşdırma zamanı məlum olub ki, evdən pulları və qızıl-zinət əşyalarını bağça tərbiyəçisinin böyük qızı tanımadığı qaraçıya verib. Qaraçı yeniyetmə qızı ticarət-əyləncə mərkəzində "qaralayıb" və ona "nəzər dəydiyini", bu "nəzəri götürmək" üçün pul lazım olduğunu deyib. Qaraçı daha sonra qızla onun yaşadığı mənzilə qədər gəlib və evdən pulları, qızılları alandan sonra yoxa çıxıb.

AzNews.az