Mehmanpərəst: “Fikir təhrif olunub” Mehmanpərəst: “Fikir təhrif olunub”

İran korpus komandanını XİN təkzib etdi

Mehmanpərəst: “Fikir təhrif olunub”

İranın xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst İslam İnqilabı Keşikçiləri Korpusu əsgərlərinin Suriyaya daxil olması barədə məlumatı təkzib edib. AzNews.az-ın lenta.ru saytına istinadən verdiyi xəbərə görə, Mehmanpərəst Korpusun komandanı Əli Cəfərinin fikirlərinin təhrif olunduğunu və konteksdən çıxarıldığını deyib. O, həmçinin əlavə edib ki, İran qoşunları heç bir ölkədə, o cümlədən Suriyada mövcud deyil.

Xatırladaq ki, bundan əvvəl Əli Cəfəri korpus əsgərlərinin Suriyada və Livanda olduğunu demiş, Livan prezidenti Mişel Süleyman isə, açıqlama ilə bağlı rəsmi Tehrana sorğu göndərmişdi.

Sadiq
AzNews.az