14:15
(077) 610-22-33

Prezidentin qardaşı nazirliyin binasını satışa çıxardı

  • >
661 18 Sentyabr 2012 11:14 | Region


Erməni mətbuatında Xarici İşlər Nazirliyi binasının satılması ilə bağlı şayiələr öz təsdiqini tapdı. AzNews.az-ın panarmenian.net saytına istinadən verdiyi xəbərə görə, İrəvanın baş arxitektoru Narek Sarkisyan bildirib ki, nazirlik binasının "Kempinski" hotellər şəbəkəsinə satılması həqiqətdir. O, bildirib ki, Xarici İşlər Nazirliyi Ədliyyə nazirliyinin yerləşdiyi binaya köçürüləcək.

Baş arxitektor, binanın 2011-ci ildən satıldığını, ancaq bu barədə rəsmilərin danışmadığını deyib. Qiymətə gəldikdə isə, nazirliyin binası 500 milyon dollara satılıb.

Erməni mətbuatı isə Səfərovun ekstradisiyasından sonra nazirlik binasının nəinki satılmasını hətta tamamilə bağlanmasını təklif edirlər.

Ən maraqlısı isə odur ki, bu işdə prezident Serj Sarkisyanın qardaşının əli var. Belə ki, qəzetin yazdığı məlumata görə, Saşik Sarkisyan XİN binasını mehmanxanaya çevirmək istəyir

Sadiq
AzNews.az
Bağla X