08:40
(077) 610-22-33

Erməni mətbuatı Nizamini “farslaşdırdı”

  • >
606 19 Sentyabr 2012 09:02 | Region

Cənubi Azərbaycan məsələsi Ermənistanda təşviş yaradıb



Cənubi Azərbaycan məsələsi ilə bağlı konqresmen Dana Rorobaherin Dövlət Departamentinə ünvanladığı məktub, eləcə də milli-azadlıq hərəkatı nümayəndələrinin müraciəti Ermənistanda böyük narahatlıqla qarşılanıb. Erməni mətbuatı məsələni diqqətdə saxlayaraq bunun Azərbaycan-İran münasibətlərində gərginliyə yol açacağını vurğulayır.

"PanArmenian" saytında K.Ter-Saakyan imzası ilə yayınlanan məqalədə hətta bir sıra Azərbaycan şairləri, o cümlədən Nizami Gəncəvinin fars şairi olduğu bildirilib. Bunun sübutu kimi Gəncənin Fars imperiyasının tərkibində olduğunu irəli sürən müəllif konqresmen Dana Rorobaherin də ünvanına tənqidlər səsləndirib.

Maraqlıdır ki, müəllif İranda yaşayan azərbaycanlıların sayı ilə bağlı məqama diqqət yetirərkən gülünc iddia ilə çıxış edib. Müəllifin iddiasına görə, İrandakı etnik azərbaycanlılar bu ölkədə yaşayan ermənilərdən sayca bir qədər artıqdır: "Doğrudan da Cənubi Azərbaycanda Azərbaycan mənşəli iranlılar yaşayır və onların arasında Bakıdan maliyyələşərək qarışıqlıq salıb dünyanın diqqətini pozulan hüquqlarına çəkənlər var… Aydındır ki, etnik azərbaycanlıların sayları 100-200 min hesablanan ermənilərdən bir qədər çoxdur".

Qeyd edək ki, İranda yaşayan azərbaycanlıların sayı bu ölkənin rəsmi dövlət qurumları tərəfindən 20 milyona yaxın göstərilir. D.Rorobaher də bu maraciətində məhz bu statistikadan istifadə etsə də, əslində cənublu soydaşlarımızın sayınını 35 milyona yaxın olduğu vurğulanır.

Erməni müəllifi İranın ictimai-siyası həyatında ermənilərin rolunun azərbaycanlılardan daha yüksək olduğunu, onların fars mədəniyyətə daha böyük tövhələr verdiyini, indiki fars və ermənilərin eyni etnosdan gəldiyini qeyd edib.

E.Əlosmanqızı
AzNews.az
Bağla X