21:29
(077) 610-22-33

Türkiyə İranı «qapıda qoydu»

  • >
353 19 Sentyabr 2012 10:38 | Region

İranın Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlilinin Türkiyəyə səfəri qalmaqalla yadda qalıb. Belə ki, Cəlilinin baş nazir Rəcəb Tayyib Ərdoğanla görüşü müəyyən edilən vaxtdan yarım saat gec başlayıb.

Türkiyə mətbuatının xəbərinə görə, İran nümayəndə heyətini görüşün keçiriləcəyi binanın qarşısında heç kəs qarşılamayıb. Buna görə də S.Cəlili qapıda yüksək rütbəli nümayəndənin onu qarşılayacağını gözləməli olub. Lakin son anda İran nümayəndə heyəti protokola uyğun olaraq qapıda qarşılanmadığını görərək binaya daxil olmağa məcbur qalıb.

Türkiyənin baş naziri R.T.Ərdoğan isə görüşün keçiriləcəyi yerə əvvəldən müəyyən edilən vaxtdan 20 dəqiqə gec gəlib. Bu müddət ərzində İran nümayəndələri baş nazir və diğər görüş içtirakşılarını gözləməyə məcbur olub.

2 saata yaxın davam edən görüş mətbuata qapalı keşib.

Alpər
AzNews.az
Bağla X