05:24
(077) 610-22-33

Həbsxanadakı zorakılıq kadrları Gürcüstanı qarışdırdı -FOTO

  • >
1 857 19 Sentyabr 2012 10:44 | Region

Kütləvi aksiyalar keçirildi, vəzifədən azad olunanlar var



Gürcüstanda yerli həbsxanalardan birində çəkilmiş zorakılıq kadrları ölkəni qarışdırdı. Məhbuslara qarşı həbsxana gözətçilərinin zorakılığı gizli kamera ilə lentə alınıb, daha sonra isə müxalif "Maestro" kanalında efirə verilib.

AzNews.az-ın gürcü mətbuatına istinadən verdiyi xəbərə görə, kadrların yayılmasından sonra insanlar küçələrə axışıb. Onlar yüksək rütbəli şəxslərin istefasını tələb ediblər. Aksiyaların bir neçə şəhərdə eyni vaxtda keçirildiyi bildirilir.

Kadrlarda 20-dən artıq gözətçinin məhbusu döyməsi əks olunur

Vəziyyət yerə çatıb ki, prezident Saakaşvili hadisə ilə bağlı açıqlama vermək məcburiyyətində qalıb. O, bildirib ki, bu, insanlıq və insan haqları əleyhinə törədilmiş çirkin addımdır. O, həmçinin bu cür özbaşınalıq edən həbsxana gözətçilərinin hamısının cəzalandırılacağına söz verib.

Artıq hadisə ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi də məlumat yayıb. Gürcüstan DİN-dən verilən məlumata görə, faktla bağlı 3 həbsxana gözətçisi saxlanılıb, biri barəsində isə axtarış verilib. Saxlanılanlardan birinin mənzilindən analoji video materialların götürüldüyü bildirilir.

Cəzaların İcrası naziri Xatun Kalmaxelice istefa verib

Ədliyyə naziri isə hadisə ilə bağlı istefa verməsə də, departament rəhbəri David Çakuanı tutduğu vəzifədən azad edib. Həbsxanada olan şəxslərin yaxınlarına isə bildirilib ki, analoji hallar bir daha təkrar olunmayacaq.

Sadiq Musa
AzNews.az
Bağla X