01:03
(077) 610-22-33

İranın ali baş komandanı ordu qarşısında tələblər qoyub

  • >
633 19 Sentyabr 2012 11:14 | Region

İran silahlı qüvvələrinin baş komandanı, dini rəhbər Ayətullah Əli Xameneyi gözlənən təhlükələrin qarşısını almaq üçün ordunun yetərli gücə sahib olmasının vacibliyini vurğulayıb.

Noşəhrdə hərbi təchizatla bağlı sərgidə çıxış edən Xameneyi "Ordu elə güclü olmalıdır ki, heç kim İran ordusuna və xalqına hücum etmək düşüncəsində olmasın" deyə vurğulayıb.

Ali baş komandan İran ordusunda əsgəri güclə yanaşı, elm və tədris mərkəzlərinin də inkişafının vacibliyinə diqqəti çəkib. Xameneyi təchizatın gücləndirilməsi, elm mərkəzləri ilə əməkdaşlıq, mütəxəssislərin imkanlarından yararlanma, universitetlərlə işbirliyi, mənəviyyat kimi məsələlərə xüsusi diqqət yetirilməsini önə çəkib.

Alpər
AzNews.az
Bağla X