19:55
(077) 610-22-33

İranla AB arasında yaxınlaşma

  • >
2 435 19 Sentyabr 2012 14:15 | Region

Səid Cəlili: “ İranla AB arasında münasibətlərdə yaxınlaşma var”

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili mətbuat konfransı keçirib. AzNews.az-ın iran mətbuatına istinadən verdiyi xəbərə görə, Cəlili Avropa Birliyi Xarici Siyasət məsələləri üzrə ali nümayəndəsi Ketrin Eştonla İstanbul şəhərində təşkil olunan görüşə toxunub. Cəlili bildirib ki, bu görüş münasibətlərin yaxınlaşmasında irəliyə doğru atılmış addımdır. " Bizim görüşümüz tərəflər arasında mövqelərin yaxınlaşmasına kömək etdi".

Cəlili həmçinin qeyd edib ki, görüş konstruktiv atmosferdə baş tutub və xanım Eşton İranın mövqeyini bütün "altılıq" ölkələrinə çatdıracağına söz verib. Bundan əlavə, o, İranla "altılıq" ölkələri arasında yeni görüşlərin keçiriləcəyini vurğulayıb.

Qeyd edək ki, Cəlili ilə Ketrin Eşton arasında görüş sentyabrın17-də İstanbul şəhərində baş tutub.

Sadiq Musa
AzNews.az
Bağla X