01:04
(077) 610-22-33

“USAID”-in Rusiya ofisi bağlanır

  • >
700 19 Sentyabr 2012 15:03 | Region

XİN Rusiya: “ Bağlanma təşkilatın daxili siyasətə müdaxiləsi ilə bağlıdır”



"USAİD"-in Rusiya ofisi bağlanılır. AzNews.az-ın interfax.ru saytına istinadən verdiyi xəbərə görə, təşkilatın bağlanmasına səbəb daxili siyasətə müdaxilə etməsidir. Rusiya Xarici İşlər Nazirliyi də təşkilatın bağlanması ilə bağlı açıqlama verib.

Açıqlamada qeyd olunur ki, təşkilatın Rusiya ofisi oktyabrın 1-dən bağlanılacaq. Buna səbəb təşkilatın daxili siyasətə, xüsusilə də seçkilərə müdaxilə etməsidir.

Bundan əlavə, Rusiya XİN təmsilçisi Aleksandr Lukaşeviç təşkilatı fəaliyyət istiqamətindən kənar işlər görməkdə ittiham edib və bildirib ki, onlar humanitar yardımlardan savayı daxili işlərə aid olan bütün işlərlə məşğuldur.

Lukaşeviç həmçinin qeyd edib ki, təşkilat qrantlar ayırmaqla müxtəlif səviyyələrdə olan bütün seçkilərə təsir edir. Bundan əlavə, təşkilatı Şimali Qafqazda baş verən hadisələrə görə də ittiham edən Lukaşeviç bildirib ki, onlar Rusiyanın cənub regionlarında mənfi istiqamətdə aktivləşib.

Sadiq Musa
AzNews.az
Bağla X