“İslamın məsumluğu” filminə daha bir qadağa

Kabardin-Balkariyanın baş prokurorluğu internet provayderlərin "İslamın məsumluğu" filminə azad baxışın məhdudlaşdırılması ilə bağlı qərar qəbul edib.

AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, qərarın çıxarılmasına səbəb aksiyaların keçirilməsi ehtimalı və filmin müsəlmanların dini hislərinə toxunmasıdır. Bundan əlavə, bildirilir ki, Kabardin-Balkariyanın baş prokurorluğu filmin ekstremist mahiyyətli olması barədə məhkəmə iddiası qaldırıb.

Qeyd edək ki, analoji addımlar bir sıra ölkələrdə atılıb. Hətta Pakistanda youtube-video paylaşım saytına giriş tamamilə bağlanıb.

Sadiq Musa
AzNews.az