01:05
(077) 610-22-33

Şimali Qafqazda anti-terror rejimi tətbiq olundu

  • >
661 20 Sentyabr 2012 08:10 | Region

Avtomaşın sürücüsü ilə birgə qaçırıldı, polis isə atəşə məruz qaldı



Nazran və Nalçikdə anti-terror rejimi tətbiq edilib. AzNews.az-ın vesti.ru saytına istinadən verdiyi xəbərə görə, Nalçikin Klar Çetkin məhəlləsində terrorçuların yaşadığı mənzil mühasirəyə alınıb. Verilən məlumata görə, əməliyyatla bağlı şəhərin bir hissəsi tamamilə bağlanıb, avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Bununla belə mənzildə nə qədər terrorçunun olması barədə məlumat verilmir. Şahidlər isə, hələ ki, tərəflər arasında silahlı qarşıdurmanın olmadığını deyir.
Dağıstanın Qızılyurt rayonunda da vəziyyət gərginləşib.

Terrorçular avtomobili sürücüsü ilə birlikdə oğurladıqdan sonra polis məntəqəsinə hücum ediblər. Nəticədə bir polis əməkdaşı yaralanıb. Bu barədə məlumatı Dağıstan Daxili İşlər Nazirliyi də təsdiqləyib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, terrorçular 4 nəfər olublar. Onlar avtomobili oğurladıqdan sonra meşəliyə yaxın ərazidə maşını və sürücünü yolda qoyub qaçıblar. Sürücünün xəsarət almadığı deyilir.

Sadiq Musa
AzNews.az
Bağla X