04:57
(077) 610-22-33

Erməni deputat müharibə cağırışı etdi

  • >
2 195 20 Sentyabr 2012 12:46 | Region

Baqratyan: «Azərbaycan müharibəyə hazırlaşır, biz isə kilsə bayramı axtarırıq»



"Gələcəkdə növbəti Qarabağ müharibəsi gözlənilir". Bunu Ermənistan parlamentinin deputatı Qrant Baqratyan bu gün keçirdiyi mətbuat konfransında səsləndirib. Erməni deputatn fikrincə, Qarabağda uğur 90-cı illərin əvvəllərində əldə edilib.

Bununla belə deputat "erməni xalqı döyüşdə udub, müharibədə yox" deməklə ermənilərin öz uğurlarını möhkəmlədə bilmədiyini qeyd edib. Baqratyanın fikrincə, Qarabağda yenidən müharibə başlaya bilər: "Azərbaycan müharibəyə hazırlaşır, biz isə daha bir kilsə bayramı axtarırıq ki, işə getməyək. Azərbaycan artıq silaha 40 milyard xərcləyib, öz sputnikini buraxmaq fikrindədir".

E.Əlosmanqızı
AzNews.az
Bağla X