Onu bu vəzifədə birinci müavini Eka Zğuladzenin əvəz edəcəyi ehtimal olunur Onu bu vəzifədə birinci müavini Eka Zğuladzenin əvəz edəcəyi ehtimal olunur

Daxili İşlər Naziri istefa verdi

Onu bu vəzifədə birinci müavini Eka Zğuladzenin əvəz edəcəyi ehtimal olunur



Gürcüstanın daxili işlər naziri Baço Axalaya istefaya getməsi barədə Prezident Mixail Saakaşvilinin adına ərizə yazıb. AzNews.az-ın məlumatına görə,
ərizədə qeyd olunur ki, hazırda mən cəzaçəkmə və probasiya sistemində işləməsəm də, burada vaxtilə mənim müxtəlif vəzifələrə təyin etdiyim məmurlar çalışırlar.

Təəssüf edirəm ki, cəzaçəkmə müəssisələrində məhbuslara işgəncə verilməsi, onlara qarşı qeyri-insani münasibət göstərilməsi faktları aşkar edilib.

DİN-in başçısı belə bir şəraitdə vəzifədə qalmasını mənən düzgün hesab etmədiyini və daxili işlər naziri vəzifəsindən istefa verdiyini bildirib. Onu bu vəzifədə birinci müavini Eka Zğuladzenin əvəz edəcəyi ehtimal olunur. Baço Axalaya əvvəllər Gürcüstan cəzaçəkmə və probasiya Departamentinin rəhbəri, Gürcüstanın müdafiə naziri vəzifələrində çalışıb, bu yaxınlarda Gürcüstan hökumətində daxili işlər naziri təyin olunub.

Qeyd edək ki, Tbilisinin Qldani rayonundakı 8 nömrəli həbsxanada məhbuslara qarşı qeyri-insani münasibətə görə paytaxtda və bölgələrdə başlanan etiraz aksiyası iştirakçılarının başlıca tələblərindən biri də Baço Axalayanın istefası idi.

Ədil Hüseynli
AzNews.az