Fereydun Abbasi- Divani: “İrana hücum ABŞ üçün asan məsələ deyil” Fereydun Abbasi- Divani: “İrana hücum ABŞ üçün asan məsələ deyil”

İran MAQATE-ni aldatdığını etiraf etdi

Fereydun Abbasi- Divani: “İrana hücum ABŞ üçün asan məsələ deyil”



İranın Atom Enerjisi Agentliyinin rəhbəri Fereydun Abbasi-Divani müsahibəsində İran maraqlarına zidd ifadələr işlədib. AzNews.az-ın newsru.com saytına istinadən verdiyi xəbərə görə, o, "Əl Həyat" qəzetinə müsahibəsində dolayı yolla etiraf edib ki, İran Beynəlxalq Atom Enerjisi Təşkilatına qeyri-dəqiq informasiyalar verib.

Onun sözlərinə görə, bu cür dezinformasiyaya səbəb gizli nüvə silahı proqramını qorumaq olub. Divani qeyd edib ki, onların işləri kəşfiyyat strukturları ilə olduğundan bəzən güclü tərəfini gizlətmək üçün zəif görünmək, zəif tərəfini gizlətmək üçün güclü görünmək məcburiyyətində qalırlar.

O, həmçinin İran ərazisində çoxlu Britaniya xüsusi xidmət orqanı əməkdaşları olduğunu deyib. Abbasi İraqla bağlı məsləyə də toxunub və qeyd edib ki, İraqa qarşı atılan böhtanlar indidə İrana atılır.

"Onlar israrla iddia edirdilər ki, Səddamın kimyəvi silahı var. Ancaq heç nə tapa bilmədilər. Bu gün də İrana qarşı nüvə silahı varmış kimi davranırlar".

O, İrana ABŞ-ın hücum edəcəyi barədə jurnalistin fikirlərinə şübhə yanaşıb. Qeyd edib ki, İrana hücum ABŞ üçün asan məsələ deyil. Belə olsaydı onlar bunu çoxdan edərdilər.

Sadiq Musa
AzNews.az