Ailədaxili qətllər cinayət hadisələri arasında ilk yerdədir

Tehran İran şəhərləri arasında qadına qarşı zorakılıq faktlarına görə ilk yeri tutub. İctimai problemlər üzrə mütəxəssis Məcid Əbhəri İLNA xəbər agentliyinə verdiyi məlumatda bildirib ki, ailədaxili zorakılıq və qətllərə görə İran paytaxtı ilk sıradadır.

"Ailə qətlərinin 95 faizi isə qadının ölümü ilə nəticələnir və bunun əksər hallarda səbəbi evliliklərdə düzgün seçimin edilməməsi ilə əlaqədardır. Qətllərin 65 faizi ani baş verən hadisələrdir. Yəni bu hadisələr əvvəlcədən planlaşdırılmış şəkildə baş verən qətl hadisələri deyil" deyə mütəxəssis qeyd edib.

Qeyd edək ki, İranda cinayət hadisələri arasında ailə qətlləri ilk yerdə dayanır.

Alpər
AzNews.az