11:28
(077) 610-22-33

İran yeni bir inqilab astanasında

  • >
432 21 Sentyabr 2012 13:57 | Region

Müctehid Şirazi: «Xalqın dözümü tükənmək üzrədir»



İranın dini müctehidlərindən biri olan Ayətullah Nasir Məkarimi Şirazi hakimiyyətin maraqlarına xidmət etməyən bəyanatla çıxış edib. Qum şəhərində çıxışı zamanı xalqın rejimə inamının azaldığını deyən müctehid
"Ölkədə olan bahalıq və əhalinin iqtisadi durumdan narahatlığı onlarda hakimiyyətə və rejimə etimadın azalmasına səbəb olub" deyə vurğulayıb.

Dini xadim millət vəkilləri ilə bu barədə görüşdüyünü və deputatların da bahalıq, iqtisadi çətinliklərdən narazı qaldıqlarını bildirib: "Xalqın dözümünün həddi var. İran xalqının dözümü tükənmək üzrədir. Bu baş verərsə qarşısını almaq mümkün olmayacaq".

Alpər
AzNews.az
Bağla X