08:42
(077) 610-22-33

Sarkisyan: “Ermənistan danışıqların davam etdirilməsi üçün yollar axtarmalıdır”

  • >
525 22 Sentyabr 2012 08:48 | Region

Ermənistan prezidenti Serj Sarkisyan müstəqilik günü ilə bağlı etdiyi çıxışında Dağlıq Qarabağ probleminə də toxunub.

AzNews.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, Sarkisyan bildirib ki, Ermənistan danışıqların davam etdirilməsi üçün yollar axtarmalıdır." Bizim xarici siyasətdə bir nömrəli gündəm Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsidir".

Erməni prezident eyni zamanda Minsk qrupunun fəaliyyətinə də toxunub və etiraf edib ki, danışıqlarda heç bir nəticə yoxdur ancaq bu, qonşu ölkələrin iddia etdiyi kimi Minsk qrupunun fəaliyyətsizliyi ilə bağlı deyil.

O, Azərbaycanı da danışıqlar prosesində ittiham etməkdən də çəkinməyib və bildirib ki, qarşı tərəf mütəmadi olaraq danışıqlar proseslərini pozur. Sarkisyan bu sözlərinə misal kimi Səfərovun azad edilməsini göstərib.

Sadiq Musa
AzNews.az
Bağla X