02:22
(077) 610-22-33

İranlı general: “İsrailin İrana hücum edəcək gücü yoxdur”

  • >
304 22 Sentyabr 2012 13:23 | Region

"İrana hücum etmək İsrailin gücünü aşan məsələdir". APA-nın "Fars" xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Seyid Həsən Firuzabadi deyib.

O bildirib ki, İsrailin İrana hücum edəcək gücü yoxdur: "Düşmənlərimiz İranın gücünü görərək böyük təşvişə düşüblər. Bizim ölkəyə hücum etmək İsrail kimi qondarma bir rejimin işi deyil. Bu, Təl-Əvivin boyundan uzun məsələdir. Düşmənlər İranı dayandıra bilməyəcəklərini və hər cür ehtimal edilən hücuma qarşı kəsin və əzici cavab alacaqlarını çox yaxşı bilirlər".

AzNews.az
Bağla X