Rusiya Gürcüstanın indiki hakimiyyətini devirməyə çalışır” Rusiya Gürcüstanın indiki hakimiyyətini devirməyə çalışır”

Saakşvili: “Həbsxanada baş verən olaylarda rus əli var”

Rusiya Gürcüstanın indiki hakimiyyətini devirməyə çalışır”



Gürcüstan prezidenti Mixail Saakaşvii Ədliyyə evinin açılışında iştirak edib. AzNews.az-ın Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, Saakaşvili rəsmi Moskvanın ünvanına tənqidlər yağdırıb.

O bildirib ki, bizimlə rus pulları rus metodları ilə mübarizə aparır, ancaq onlar bizi qorxuda bilməzlər. Saakaşvii həmçinin qeyd edib ki, Gürcüstanın Rusiya istiqamətinə qayıtması gələcəyə açılan yolun bağlanması deməkdir və bu yol çoxdan bağlıdır.
Gürcüstan prezidenti Rusiyanın ünvanına daha sərt ittihamlar səsləndirməkdən də çəkinməyərək bildirib ki, onlar ölkə xaricində hərbi təlimlər keçirməklə bizi xaricdən qorxudurlar: "Daxildə isə, bütün Gürcüstanı həbsxanada baş verən zorakılıq meydanına çevirməklə təhdid edirlər. Həbsxanada baş verən olaylarda rus əli var".

O, həmçinin, Rusiyanın Gürcüstanda hakimiyyəti ələ keçirmək istədiyini də dilə gətirib: "Gürcüstanın daxilində və xaricində indiki hakimiyyəti devirməyə hazırlaşan qüvvələr var. Biz gürcü xalqını bununla bağlı xəbərdar edirik".

Sadiq Musa
AzNews.az