03:32
(077) 610-22-33

Pan Gi Mun Əhmədinejatla Suriyanı müzakirə etdi

  • >
310 24 Sentyabr 2012 10:41 | Region

İran prezidenti Mahmud Əhmədinejat BMT baş katibi Pan Gi Munla görüşüb. AzNews.az-ın iran.ru saytına istinadən verdiyi xəbərə görə, Nyu-Yorkda baş tutan görüşdə tərəflər Suriya və İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti müzakirə ediblər.

Verilən məlumata görə, Pan Gi Mun Suriyadakı vəziyyəti faciəvi adlandırıb və humanitar yardımların heç bir işə yaramadığını bildirib. İranın nüvə proqramı ətrafında yaranmış vəziyyət də toxunan baş katib dünyanı nüvə proqramının sülhməqsədli olduğuna inandırmağa çağırıb.

O, həmçinin, bölgədə müharibə və təhdid ritorikasının artmasından narahatlıq ifadə edib və ümidvar olduğunu bildirib ki, İran beynəlxalq münasibətlərdə konstruktiv rol oynayacaq. Bununla belə İran prezidentinin məsələ ilə bağlı fikirlərinə yer verilməyib. Ehtimal edilir ki, Əhmədinejat bütün olanlara görə, Qərbi və qərb dövlətlərini ittiham edib.

Qeyd edək ki, İran prezidenti BMT baş asambleyasının 67-ci iclasında iştirak etmək məqsədilə Nyu-Yorkda səfərdədir.

Sadiq Musa
AzNews.az
Bağla X