08:42
(077) 610-22-33

Rəfsəncaninin oğlu da həbs ediləcək

  • >
503 24 Sentyabr 2012 11:20 | Region

İranın keçmiş prezidenti Haşimi Rəfsəncaninin oğlu Mehdi Haşimi üzun müddət xarici ölkələrdə qaldıqdan sonra nəhayət dünən gecə Tehrana qayıdıb.

Dubay- Tehran reysi ilə gələn Haşimini Tehran hava limanında məhkəmə nümayəndəsi qarşılayıb və məhkəməyə gəlməsi ilə bağlı çağırışı elə hava limanında eks-prezidentin oğluna təqdim edib.

İLNA xəbər agentliyinin məlumata görə, Mehdi Haşimi sentyabrın 25-də məhkəməyə müraciət edəcək. Vəkil Mahmud Əlizadə bildirib ki, o, indiyə qədər həbsə məhkum edilməyib və bu səbəbdən Tehran hava limanında həbs olunmayıb.

Qeyd edək ki Mehdi Haşimi son prezident seçkiləri zamanı Tehranda iğtişaş yaratmaqda ittiham olunur. Lakin Haşimi bu ittihamları rədd edərək hadisələrdə heç bir rolunun olmadığını bildirib.

Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi isə dünən həbs edilib. Qeyri-rəsmi məlumatlara görə, Haşimi Rəfsəncani bir sıra yüksək rütbəli şəxslərlə Mehdi Haşiminin ədalətli mühakimə olunması ilə bağlı danışıqlar aparıb.

Alpər
AzNews.az
Bağla X