Bakur Burduli: “Həbsxanada zorakılıq olduğu halda bu ordeni daşımaq utancdır” Bakur Burduli: “Həbsxanada zorakılıq olduğu halda bu ordeni daşımaq utancdır”

Tanınmış gürcü müğənni Saakaşvilinin ordenindən imtina etdi

Bakur Burduli: “Həbsxanada zorakılıq olduğu halda bu ordeni daşımaq utancdır”



Gürcüstan həbsxanasında baş verən zorakılıqla bağlı qalmaqal böyüməkdədir. Artıq mədəniyyət nümayəndələri də baş verən hadisəyə öz münasibətlərini bildirirlər. AzNews.az-ın Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, tanınmış gürcü müğənni Bakur Burduli Saakaşvilinin təqdim etdiyi "şərəf ordenindən" imtina edib.

Tanınmış müğənni bildirib ki, "həbsxanalarda məhbuslar zorakılığa məruz qaldığı halda, bu ordeni daşımaq utancdır". O, həmçinin ölkədə baş verənlərə laqeyd qalmağın mümkün olmadığını deyib və əlavə edib ki, həbsxanadakı zorakılıq kadrlarına baxarkən şok keçirib. "Bu baş verənlərə mənim etirazımdır və istərdim ki, digər sənət adamları da məndən nümunə götürsünlər".

Xatırladaq ki, Gürcüstan həbsxanasında baş verən zorakılıq əhali arasında güclü narazılığa səbəb olmuşdu.

Sadiq Musa
AzNews.az