Hakimiyyət və müxalifət təmsilçilərinə qarşı hücum oldu Hakimiyyət və müxalifət təmsilçilərinə qarşı hücum oldu

Rusiya Gürcüstanı siyasi qarşıdurmaya çəkir

Hakimiyyət və müxalifət təmsilçilərinə qarşı hücum oldu



Gürcüstanda seçkilər bir həftə qalmış vəziyyət gərginləşməkdə davam edir. AzNews.az-ın gürcü mətbuatına istinadən verdiyi xəbərə görə, hakimiyyət və müxalifət təmsilçilərinə qarşı hücum olub.

Hansısa kənar qüvvələr hakimiyyətlə müxalifət arasında qarşıdurma yaratmaq niyyətindədirlər. Verilən məlumata görə, Gürcüstanın Qardabani rayonunda "Gürcü arzusu" partiyasının üzvü Buba Dvaliyə hücum olub. Naməlum şəxslər binanın girəcəyində Buba Dvalinin üzünə sulfat turşusu atıblar. Onun görməsində problem yarandığı bildirilir. Hazırda həkimlər Dvalini əməliyyat etməyə hazırlaşırlar.

Zərərçəkənin bildirdiyinə görə, hadisə gecə saatlarında baş verib. O, evə qalxarkən binanın qarşısında tranzit nömrəli şübhəli avtomobil görüb. Elə bu vaxt onun üzünə sulfat turşusu töküblər və qaçaraq avtomobilə əyləşiblər. Ehtimal edilir ki, müxalifət nümayəndəsinə qarşı törədilən hücum siyasi motivlidir və sifarişdir. Daha bir şübhəli məqam isə, polisə zəng vurulması və polisin tez bir zamanda hadisə yerində olmasıdır.

Eyni zamanda iqtidar partiyasına qarşı da hücum təşkil olunub. Verilən məlumata görə, iqtidar partiyasının fəallarının olduğu mikroavtobusa hücum təşkil edilib. Şahidlər bildiriblər ki, bir neçə nəfər yolu bağlayaraq mikroavtobusa hücum ediblər. Sürücü qaçaraq canını qurtarsa da avtomobilə ciddi ziyan vurublar. Daşla mikroavtobusun şüşələrini sındırıblar. Polis onlardan 3-nü saxlamağa müvəffəq olub. Onlar hücuma səbəb kimi mikroavtobusun üzərində hakimiyyət yönümlü sloqanın olmasını göstəriblər və bildiriblər ki, bu onları qıcıqlandırıb.

Sadiq Musa
AzNews.az