12:10
(077) 610-22-33

Əhmədinejat: “İran Qərblə razılaşmağa hazırdır”

  • >
932 24 Sentyabr 2012 16:28 | Region

Nyu-Yorkda səfərdə olan İran prezidenti Mahmud Əhmədinejat "Washington Post" jurnalına müsahibə verib.

AzNews.az-ın iran.ru saytına istinadən verdiyi xəbərə görə, Əhmədinejat Qərblə nüvə proqramı məsələsində razılığa gəlməyə hazır olduqlarını deyib. İran prezidenti uranın zənginləşdirilməsini dayandıra biləcəklərini də vurğulamaqdan çəkinməyib. "Biz Qərblə saziş imzalamağa həmişə hazır olmuşuq, indidə hazırıq. Biz özümüz konstruktiv təkliflərlə dəfələrlə çıxış etmişik. Biz dialoq tərəfdarı olmuşuq. Bizim bir prinsipimiz var. Əgər tərəflər qanunun aliliyinə və qarşı tərəfə hörmətlə yanaşsa heç bir problem yaşanmaz".

İran prezidenti eyni zamanda Qərbi qeyri-səmimilikdə ittiham edib və bildirib ki, onlar özləri problemin həllini istəmir, çünki bu, onlara İslam Respublikasına qarşı təzyiq kimi lazımdır. " Siz inanırsız ki, problem uranın 3 faizdən artıq zənginləşdirilməsindədir? Qarantiya verə bilərsiniz ki, biz uranın zənginləşdirməyi dayandırsaq yeni bəhanələr çıxmayacaq?". İran prezidenti yaxın vaxtlarda danışıqlarda kəskin dəyişikliklərin olmayacağını da deyib, əsas olaraq isə ABŞ-da prezident seçkilərinin keçirilməsini göstərib.

Qeyd edək ki, Qərb uzun müddətdir ki, İranı nüvə silahı əldə etməkdə ittiham edir və bu ölkəyə qarşı sanksiyalar tətbiq edir.

Sadiq Musa
AzNews.az
Bağla X