05:15
(077) 610-22-33

Tiflisdə tələbələr küçələrə çıxdı

  • >
378 25 Sentyabr 2012 08:42 | Region

Onlar Gürcüstanın ədliyyə nazirinin istefasını tələb edirlər



Gürcüstanda tələbələr məhbuslarla qəddar rəftar edilməsinə qarşı kütləvi etiraz aksiyası keçiriblər. Paytaxtda Tiflis Dövlət Universitetinin önünə toplaşan minlərlə tələbə Müdafiə Nazirliyinin binasına doğru yürüş ediblər.

Oradan isə Ədliyyə Evinə doğru yürüş olub. Tələbələrin keçdiyi yerlərdə nəqliyyatın hərəkəti dayandırılıb, şəhərin bəzi iri magistrallarında uzun tıxaclar yaranıb. Analoji aksiyalar Batumi və Kutaisi şəhərlərində də keçirilib. Tələbələr kütləvi etiraz aksiyalarını davam etdirəcəklərini bəyan ediblər.

Xatırladaq ki, Gürcüstanda etirazlar məhbusların işgəncəyə və cinsi zorakılığa məruz qalmasını əks etdirən videoların Daxili İşlər Nazirliyi və televiziya kanalları tərəfindən yayılmasından sonra başlayıb.

Anspress-in məlumatına görə, Daxili işlər naziri Baço Axalay istefa verib, prezident Mixail Saakaşvili günahkarların cəzalandırılacağına söz verib, prokurorluq isə 11 nəfəri saxlayıb. Hazırda etiraz aksiyası keçirənlərin əsas tələbi Gürcüstanın ədliyyə naziri Zurab Adeişvilinin istefaya göndərilməsidir.

AzNews.az
Bağla X