İran prezidenti Suriyaya silah yardımı etmədiklərini dedi İran prezidenti Suriyaya silah yardımı etmədiklərini dedi

Əhmədinejat BMT və ABŞ-ın iddialarını yalanladı

İran prezidenti Suriyaya silah yardımı etmədiklərini dedi



İran prezidenti Mahmud Əhmədinejat Suriyaya silah yardım etdikləri ilə bağlı ABŞ və BMT-nin iddialarını yalanlayıb. AzNews.az-ın iran mətbuatına istinadən verdiyi xəbərə görə, Əhmədinejat artıq rəsmi olaraq bu cür iddialara cavab verdiklərini bildirib və əlavə edib ki, İran Suriyada sülhün marağındadır.

O, həmçinin hər iki tərəfə doğma qardaşları kimi baxdıqlarını deyib. Bundan əlavə İran prezidenti xarici güclərin Suriyanın daxili işlərinə qarışmalı olmadıqlarını təkrarlayıb və bildirib ki, konfliktin həlli milli dialoqdan keçir.

Xatırladaq ki, ABŞ və BMT İranı Suriyanı silahlandırmaqda ittiham edir. ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland bildirmişdi ki, İran bölgədə sülhməramlı missiya həyata keçirə bilməz,çünki İran Əsəd rejiminin ayaqda qalması üçün bu ölkəyə hər cür yardım göstərir.

Sadiq Musa
AzNews.az