İranda dollar böhranı

İranda xarici valyutaların yenidən bahalaşması iqtisadiyyatda böhran vəziyyəti yaradıb. "Mehr" agentliyinin məlumatına görə, Tehran bazarında bir ABŞ dollarının qiyməti 2650 tümən olub.

Sentyabrın 24-də hökumət xarici valyutaların bahalaşmasının qarşısını almaq məqsədi ilə Valyuta Mübadiləsi Mərkəzi yaratmışdı. Mərkəz bazar qiymətindən 2 faiz ucuz xarici valyutaların alqı-satqısı ilə məşğul olur.

Lakin bu tədbirə baxmayaraq, valyutanın qiymətini aşağı salmaq mümkün olmayıb. Dolların qiymətinin qalxması qızılın qiymətinə də təsir edib. Ötən ildən bəri ABŞ dolları 2.5, qızıl isə 3 dəfə bahalaşıb.

İranda hökumətin ABŞ dolları üçün verdiyi rəsmi qiymət 1226 təmən olsa da, azad bazarda dollar bu qiymətdən 1424 tümən baha satılır.

Alpər
AzNews.az