Vladimir Putin “Avrozona iqtisadi böhrandan çıxacaq”

Rusiya prezidenti Vladimir Putin Avrozona barədə nikbin fikirlər səsləndirib. AzNews.az-ın en.rian.ru saytına istinadən verdiyi xəbərə görə, Putin bildirib ki, Avrozonada yaşanan son iqtisadi təlatümlərə baxmayaraq yenidən dirçəliş olacaq. Verilən məlumata görə, Rusiya prezidenti bu fikirləri Lüksemburqun Baş naziri Jan-Klod Junkerlə görüşdə səsləndirib.

O, həmçinin əlavə edib ki, Rusiya vəsaitlərinin böyük hissəsini "Avro" ilə saxlamaqla riskə getsə də, Avrozonanın xilas olacağına əmindir.

Sadiq Musa
AzNews.az