21:52
(077) 610-22-33

Rusiyada insanların dini hissləri qanunla qorunacaq

  • >
257 26 Sentyabr 2012 12:51 | Region

Artıq qanun layihəsi Dövlət Dumasına təqdim olunub



Rusiyada dindarların dini hissləri qanuna qorunacaq. AzNews.az-ın intefax.ru saytına istinadən verdiyi xəbərə görə, artıq məsələ ilə bağlı hazırlanmış qanun layihəsi Rusiya Dövlət dumasına təqdim edilib. Hələ ki, qəbul olunmamış versiyada insanların dini hisslərinə hörmətsizlik, müqəddəslərin təhqir olunmasına görə, 5 il həbs cəzası veriləcək.

Eyni zamanda dini hisslərə hörmətsizliklə bağlı əməlləri törədənlər maliyyə cəzası da alacaqlar. Qeyd edək ki, Rusiya vətəndaşlarının 80 faizi bu qanunun qəbul olunmasına tərəfdardır və hesab edirlər ki, belə bir qanunun qəbulu mövcud reallıqlardan doğur.

Qeyd edək ki, qanun layihəsinin Dumaya təqdim olunmasına səbəb "Müsəlmanların məsumluğu" filminə görə etirazların olması və Rusiyada İslam dininə sitayiş edən vətəndaşların çoxluğudur.

Sadiq Musa
AzNews.az
Bağla X