Erməni zabit Ramil Səfərovu beynəlxalq məhkəməyə verir

Azərbaycan bayrağını təhqir etdiyinə görə Macarıstanda Ramil Səfərov tərəfindən öldürülən Qurqen Marqaryanın dostu, həmin kursda Marqaryanla bərabər iştirak edən Ayk Manukyan beynəlxalq məhkəməyə və Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməyə hazırlaşır. Bu barədə məlumatı panorama.am saytı yayıb.

Saytın məlumatına görə, A.Manukyan R.Səfərovun əfv edilməsi ilə bağlı sərəncamdan narahatdır. Müraciətin dəqiq zamanı barədə məlumat verməyən Manukyan müvafiq sənədlərin hazırlandığını vurğulayıb.

Erməni zabit Macarıstanda kursda ilk dəfə R.Səfərovla görüşləri barədə də danışaraq "Biz onunla salamlaşanda soruşdu ki, siz Ermənistandansınız? Sonra dedi ki, biz qardaşıq" deyə iddia edib.

E.Əlosmanqızı
AzNews.az