12:03
(077) 610-22-33

Sarkisyan Xankəndi aeroportundan imtina etdi

  • >
1 462 27 Sentyabr 2012 12:53 | Region

Xankəndi aeroportunun gələn həftə istifadəyə veriləcəyi bildirilsə də, erməni tərəfi Azərbaycanın kəskin etirazları ilə qarşılanan aeroport açılışının dəqiq vaxti barədə məlumat verməkdən çəkinir.

Qondarma "DQR-ın" mülki aviasiya idarəsinin rəhbəri D.Adbaşyan bu barədə erməni mətbuatının suallarına yayındırıcı cavablar verib.

Adbaşyan dəqiq vaxtla bağlı açıqlama verməkdən imtina edərək "Mənim dəqiqi vaxt deməyə hüququm yoxdur. Ancaq deyə bilərəm ki, bu bir-iki günə baş verəcək" deyə vurğulayıb.

Ermənistan prezidenti Serj Sarkisyanın açılışda iştirakına gəlincə isə, Adbaşyan "mən bilmirəm" deyərək bu barədə də sualdan yayınıb.

E.Əlosmanqızı
AzNews.az
Bağla X