10:31
(077) 610-22-33

Ermənistan prezidentindən şok etiraf

  • >
1 690 27 Sentyabr 2012 13:27 | Region

"Ordudakı sui-istifadə halları artıb"



Ermənistan Prezidenti, ölkənin Silahlı Qüvvələrinin ali baş komandanı Serj Sarkisyan sentyabrın 26-da Müdafiə Nazirliyində Baş qərargah, mərkəzi aparat, hərbi birləşmələrin rəhbərlərinin iştirakı ilə müşavirə keçirib. Bu barədə "Armenia Today" xəbər verir. Müşavirə Müdafiə Nazirliyinin ehtiyacları üçün satınalmalara həsr edilib.

Ermənistan Prezidentinin Nəzarət Xidmətinin rəhbəri Ovanes Ovsepyan bu prosesin yerinə yetirilməsi ilə bağlı Xidmət tərəfindən aparılan yoxlamaların əsas nəticələri və yekunları barədə məruzə edib. Məruzədə ilk əksinin tapmış problem tenderlərin şəffaflığına və satınalmalar prosesində rəqabət mühitinin təmin olunmasına aiddir.

İkinci problem MN üçün alınan malların bazar və satınalma qiymətləri ilə bağlıdır. Müşavirə zamanı qeyd edilən növbəti problem MN-in müsabiqələrin qalibi elan etdiyi və müqavilə imzaladığı şirkətlərdəki bəzi şəxslərlə bağlıdır. Prezident dövlət vəsaitlərinə və əsgərlərin hesabına satınalınmalar prosesi zamanı yol verilən sui-istifadə hallarını yolverilməz hesab etdiyini bildirib və belə yanaşmanı nümayiş etdirən şəxsləri ciddi ittiham edib. "Pisi odur ki, mən nazirliyin belə adamlarla amansızcasına mübarizə aparmasını görmürəm.

Müdafiə naziri də, Baş qərargah rəisi də diqqətli olmalıdırlar", - Sarkisyan əlavə edib. Onun sözlərinə görə, yarım bölmələrə, alaylara və batalyonlara rəhbərlik edənlər görəndə ki, rəhbərlik namuslu insanları müdafiə edir, bu, bütün mənəvi-psixoloji mühitə təsir edir.

Müşavirədən sonra Ermənistan Prezidenti müdafiə naziri, Baş qərargah rəisi və onların müavinləri ilə döyüş hazırlığı və ordunun silahlanması ilə bağlı məsələləri ayrı-ayrılıqda müzakirə edib. Bu barədə dövlət başçısının mətbuat xidmətindən məlumat verilib.

AzNews.az
Bağla X