04:57
(077) 610-22-33

İnterpol xüsusu təhlükəli erməni canilərini həbs etdi

  • >
1 006 27 Sentyabr 2012 13:49 | Region

Volqoqradda İnterpolun axtarışında olan Ermənistan vətəndaşları, xüsusi təhlükəli cinayətkarlar hesab edilən iki nəfər həbs edilib.

Bu barədə məlumatı Daxili İşlər Nazirliyinin bölgə üzrə idarəsində keçirilən mətbuat konfransında İnterpolun rəhbəri Sergey Pasov verib.

Onun sözlərinə görə, həbs edilənlərdən biri Tiqran Arutunyan Belçika hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib. Qətillərdə ittiham edilən bu şəxslə yanaşı Ermənistanın digər vətəndaşı Andranik Eremyan da həbs edilənlər arasındadır.

Almaniya polisinin axtardığı bu şəxs adam oğurluğunda ittiham edilir. Ermənistanda isə çoxsaylı qətillər törətməklə barəsində axtarış elan edilib. Onun adı hətta Ermənistanını Müdafiə Nazirliyinin Tibb İdarəsinin sədr müavininin öldürülməsində hallandırılır.

Elnarə ƏLOSMANQIZI
AzNews.az
Bağla X