“Rusiya büdcəsi qlobal risklərə hazır olmalıdır” “Rusiya büdcəsi qlobal risklərə hazır olmalıdır”

Putindən böhran narahatlığı

“Rusiya büdcəsi qlobal risklərə hazır olmalıdır”



Rusiya prezidenti Vladimir Putin iqtisadi böhranın genişlənə və Rusiyaya sirayət edə biləcəyindən narahatlıq ifadə edib.

AzNews.az-ın en.rian.ru saytına istinadən verdiyi xəbərə görə, Putin bildirib ki, gələcək 3 ildə federal büdcə bütün iqtisadi risklər göz önünə alınaraq formalaşdırılmalıdır. O, həmçinin vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasının da nəzərdən qaçırılmamalı olduğunu deyib. "Bizim hamımız dünya iqtisadiyyatında nələrin baş verdiyini yaxşı bilirik. Ölkələr sosial xərcləri azaldırlar, pensiya yaşını isə yuxarı qaldırırlar. Digər xərclərdə də azalma müşahidə olunur".

Putin öz nitqində İspaniyada baş verən etiraz aksiyaları da nümunə göstərib və bildirib ki, gələcək illər üçün iqtisadi siyasət və büdcə siyasəti elə qurulmalıdır ki, bu cür xoşa gəlməz hallar Rusiyada yaşanmasın.

Sadiq Musa
AzNews.az