14:13
(077) 610-22-33

Baş nazir müxalifəti ifşa etdi

  • >
1 717 27 Sentyabr 2012 16:27 | Region

Vano Merabişvili: “Gürcüstanı Rusiyanın acından ölən quberniyasına çevirmək istəyirlər”



Parlament seçkiləri öncəsi Gürcüstandakı vəziyyət gərginləşməkdə davam edir. AzNews.az-ın Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, Baş nazir Vano Merabişvili ölkə müxalifətini yanlış siyasi kurs seçməkdə ittiham edib.

O, bəzi siyasətçilərin Rusiya yönümlü kurs seçməklə yanlış yolda olduqlarını vurğulayıb. "Bəzi siyasətçilər elə hesab edirlər ki, Gürcüstanı Rusiyaya yaxınlaşdırmaq ölkənin xeyirinədir. Onlar sadəcə Gürcüstanı Rusiyanın kasıb quberniyasına çevirmək istəyirlər".

Müxalifət isə bu cür ittihamları əsasız adlandırıb və bildirib ki, indiki hakimiyyət dezinformasiya siyasəti yürüdür. "Biz sadəcə müstəqil dövlət kimi milli maraqları nəzərə alaraq Rusiya ilə normal münasibətlərin tərəfdarıyıq. Burada Gürcüstanın hansısa dövlətin quberniyasına çevrilməsindən söhbət belə gedə bilməz".

Nəzərinizə çatdıraq ki, həbsxana olaylarından sonra Gürcüstanda vəziyyət kifayət qədər gərginləşib. Hakimiyyət Rusiyanı ölkənin daxili işlərinə müdaxilə etməkdə və hakimiyyəti dəyişdirməyə çalışmaqda ittiham edir.

Sadiq Musa
AzNews.az
Bağla X