Səbəb filmin radikal və ekstremist xarakterli olmasıdır Səbəb filmin radikal və ekstremist xarakterli olmasıdır

“Müsəlmanların məsumluğu” filminə daha bir qadağa

Səbəb filmin radikal və ekstremist xarakterli olmasıdır



Rusiyada məhkəməsi "Müsəlmanların məsumluğu" filminin bütün ölkədə qadağan edilməsi ilə bağlı qərar qəbul edib. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, qərarın qəbul olunmasına səbəb, filmin radikal və ekstremist xarakterli olmasıdır.

Qeyd edək ki, bir çox ölkələrdə filmin yayımının dayandırılması ilə bağlı qərarlar qəbul edilmiş və bir sıra müsəlman ölkələrində kütləvi etiraz aksiyaları təşkil olunmuşdu.

Nəzərə alsaq ki, Rusiyada kifayət qədər müsəlman yaşayır zəruriliyini anlamaq olar. Bundan əlavə, Rusiya rəhbərliyi də, heç şübhəsiz Qərbin İslama qarşı qərəzli hücumlarına alət olmaq niyyətində deyil.

Xatırladaq ki, bundan əvvəl xəbər vermişdik ki, Rusiya Dövlət Dumasına "dini hisslərin qorunması" ilə bağlı qanun layihəsi təqdim edilib. Həmin qanunda dini hisslərin aşağılanmasına və müqəddəslərin təhqirinə görə 5 il azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Sadiq Musa
AzNews.az