00:42
(077) 610-22-33

3 nazir işdən çıxarılır

  • >
5 212 3 Mart 2015 09:50 | Region

Türkiyənin daxili işlər, nəqliyyat və ədliyyə nazirləri işdən çıxarılacaq.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "DHA" agentliyi yayıb.

Məlumatda deyilir ki, Türkiyənin Baş naziri Əhməd Davudoğlu Portuqaliyaya rəsmi səfəri öncəsi Ankara Hava Limanında bununla bağlı bəyanat verib.

"Bu gün ədliyyə naziri Bəkir Bozdağ, nəqliyyat naziri Lütfi Əlvan və daxili işlər naziri Efkan Ala Nazirlər Kabinetinin iclasında son dəfə iştirak ediblər. Onlara işlərinə görə təşəkkürlərimizi çatdırdıq. Prezidentimizlə ötən həftə keçirdiyimiz müşavirədən sonra üç nazirliyimizə bu an nazirliklərin müşavirləri nəzarət edəcək. Mart ayının 6-da Ədliyyə Nazirliyinə Kənan İpək, Daxili İşlər Nazirliyinə Sebahattin Öztürk, Nəqliyyat Nazirliyinə Firudin Bilgin gətiriləcək. İyun ayının 8-də yeni hökuməti quranda da bu işlər davam edəcək Bizim bir dəqiqə də itirmək səbrimiz yoxdur", - deyə Davudoğlu bildirib.
Bağla X