Türkiyənin Konya şəhərində şəhid olan pilotların adları açıqlanıb. Türkiyənin Konya şəhərində şəhid olan pilotların adları açıqlanıb.

Türkiyədə hərbi təyyarə qəzaya düşdü - 2 ölü (VİDEO + Yenilənib)

Türkiyənin Konya şəhərində şəhid olan pilotların adları açıqlanıb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "İHA" agentliyi yayıb.

Məlumata görə, Konyada "F-4e 2020" hərbi təyyarəsinin qəzaya düşməsi nəticəsində şəhid olan pilotların kapitan Mustafa Danış və Mustafa Delikanlı olduğu öyrənilib.


***
12:43

Türkiyədə hərbi təyyarə qəzaya düşüb.

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "haberler" saytı yayıb.

Məlumata görə, hadisə Konya şəhərində qeydə alınıb.

Təyyarənin Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin "Turaz Şahini 2015" təlimi zamanı baş verdiyi deyilir.


Nəticədə pilotlardan biri yerə tullanıb, digər pilotdan xəbər yoxdur.

Konyadakı təlim isə bu gün səhər başlayıb. Təyyarə yerli vaxtla saat 09.50 radələrində Konya- Aksaray avtomobil yolunun 22-ci kilometrliyində yerə düşüb.
Hadisə yerinə xilasetmə dəstələri sövq edilib.

Məsələ ilə bağlı ilk açıqlama Konya valisi Müəmmər Eroldan gəlib.

O, "Bir hərbi təlim təyyarəsi Ortakonak məhəlləsinə yaxın bölgədə yerə düşdü. 1 pilot tullandı, digər pilotdan hələ də məlumat yoxdur" sözlərini deyib.

Ancaq son anda Türkiyə silahlı qüvvələrinin Baş Qərargahı hər iki pilotun şəhid olduğunu açıqlayıb.

Qəzanın səbəbi hələ bilinmir.