01:23
(077) 610-22-33

ŞOK: Öldürülən müxalifət liderinin ailəsi də zəhərləndi

  • >
2 500 6 Mart 2015 13:29 | Region

Türkiyənin İstanbul şəhərində qətlə yetirilən Tacikistan müxalifətinin lideri Umarali Kuvvatovun ailəsi haqda yeni xəbər yayılıb.





AZNEWS.AZ xəbər verir ki, əldə olunan son məlumata görə, Umarali öz evində deyil, qonaq getdiyi evdə qətlə yetirilib. İkincisi, onun həyat yoldaşı və 2 azyaşlı uşağından ibarət olan ailəsi yemək vaxtı zəhərləniblər.

Ailə başçısı özünü pis hiss etdiyindən küçəyə çıxıb. Bu zaman bir nəfər onun başına sərrast atəşlə güllə atıb. Qətl haqda onun həyat yoldaşı qohumlarına zəng edib. Bundan sonra isə onların hər üçü huşunu itirib.

Həkimlərin qənaətinə görə, ailənin yeməyinə qonaqlıqda zəhər qatılıb.
Bu faktı BBC telekanalı da təqdiq edib.

Qeyd edək ki, Umarali Tacikistanda "Qruppa 24" müxalifət hərəkatının lideri olub. O, Tacikistan rəhbərliyini tez-tez tənqid edib. Buna görə də 2012-ci ildə ölkədən getməli olub. Öncə Moskvada yaşayıb, sonra isə bu ölkəni də tərk edib.

Umarali 2012-ci ilin sonunda rəsmi Düşənbənin sorğusu ilə Dubayda həbs edilib, ancaq o, tezliklə azad edilib. Müxalifət lideri sonrakı həyatını Türkiyə ilə bağlayıb. Tacikistan rəhbərliyi dəfələrlə onun ekstradisiya edilməsinə çalışsa da buna nail ola bilməyib.
BBC telekanalının rus xidmətinə müsahibə verərkən Umarali deyib ki, o, dəfələrlə Tacikistan xüsusi-xidmət əməkdaşları tərəfindən təhdid edilib.

Tacikistanın daxili işlər naziri Ramazon Rəhimzadə yanvarın 16-da keçirdiyi mətbuat konfransında bildirib ki, Umarali iqtisadi cinayətdə ittiham edilir. Onun rəhbərlik etdiyi hərəkat isə 2014-cü il oktyabr ayının 9-da Tacikistan Ali Məhkəməsi tərəfindən terror təşkilatı kimi tanınıb və onun Tacikistanda fəaliyyətinə qadağa qoyulub.
Umarali Kuvvatovun qətli ilə bağlı rəsmi Düşənbə hələlik heç bir açıqlama verməyib.
Bağla X