“Rusiyalı müxalifətçi Boris Nemtsovun qətlini təşkil edən və həyata keçirən çeçenlər heç də radikal islamla əlaqəli deyil”. “Rusiyalı müxalifətçi Boris Nemtsovun qətlini təşkil edən və həyata keçirən çeçenlər heç də radikal islamla əlaqəli deyil”.

Nemtsovun qətlində yeni detallar – Putin Kadırovu uzaqlaşdırmaq istəyir

“Rusiyalı müxalifətçi Boris Nemtsovun qətlini təşkil edən və həyata keçirən çeçenlər heç də radikal islamla əlaqəli deyil”.



AzNews.az xəbər verir ki, bu haqda məlumatı CNN telekanalı qərb ekspertlərinə istinadən yayıb.

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş agenti Robert Baerin fikrincə, çeçen ekstremistlərinin Nemtsovu qətlə yetirmək üçün heç bir motivi yoxdur:
"Təbii ki, yaxın zamanlarda yeni təfərrüat üzə çıxacaq. Artıq çeçenlərin bu qətldə iştirakı danılmazdır. 25 il Rusiyada yaşadağıma görə deyə bilərəm ki, rus polisi belə qətllərin detalları haqda açıq danışmırlar. Müxalifət onsuz da hər şeyi Putinin boynuna yıxır. Əgər bu, sübut edilsə, mən təəccüblənərəm. İkincisi, qətl üçün bir motiv tapa bilmirəm. Nemtsov onsuz da Putin üçün heç bir təhlükə olmayıb. Üçüncüsü, çeçen ekstremislərinin əli ilə Nemtsovun öldürülməsi də inandırıcı görsənmir. Hesab edirəm ki, bütün bunlar sirr olaraq qalacaq".

ABŞ-lı jurnalist, "The Daily Beast" nəşrinin beynəlxalq şöbəsinin redaktoru Kristofer Diki hesab edir ki, cəmiyyət heç vaxt bu qətlin əsil səbəbini öyrənə bilməyəcək:
"Nemtsovun yaxınları qətlin sifarişçisi kimi ilk öncə Ramzan Kadırovun adını çəkirlər. Ramzan Çeçenistanın ən nüfuzlu adamı, Putinin isə fanatıdır. Onun Nemtsovdan zəhləsi gedirmiş".

"Joinfo" saytı isə yazır ki, Nemtsovun qətli ilə Putinin əsas məqsədi onu vəzifəsindən çıxarmaqdır. Artıq bu vəzifəyə gətiriləcək şəxsin də adı bəlli olub. O, "Lord" bandasının rəhbəri, "Lord" ləqəbli Maqomed Daudovdur.

Deyilənə görə, Nemtsovun qətlində şübhəli bilinən 4 nəfərin tutulması da onun köməkliyi ilə həyata keçirilib. Maqomed bunu etməklə 1 güllə ilə 2 əjdahanı vurmaq istəyir. Birincisi o, "Şimal" batalyonunun rəhbəri Adam Delimxanovu gözdən salmaq istəyir, çünki tutulanlar məhz onun "adamları"dır.
Maqomedin ikinci hədəfi isə Adamın yaxın qohumu Ramzan Kadırovdur.